QR CodeQR Code

Dünyanın 18 şəhəri Netanyahuya qarşı ayağa qalxır!

IslamTimes , 28 Aug 2020 15:02

İslamTimes: Dünyanın 18 şəhərində şənbə günü işğalçı İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı beynəlxalq etiraz aksiyaları keçiriləcək


Dünyanın 18 şəhərində şənbə günü işğalçı İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı beynəlxalq etiraz aksiyaları keçiriləcək. Aksiya iştirakçıları sionist nazirin siyasətlərinə etiraz edir.

İşğal olunmuş ərazilərdə nümayiş səhər saat 9-da Qüdsdəki Baş nazirlik ofisi qarşısında baş tutacaq və Facebook-da canlı yayımlanacaq. Dünyanın digər şəhərlərindəki nümayişlərin də Facebook vasitəsi ilə yayımlanacağı bildirilir.

Qeyd edək ki, daha öncə Təl-Əviv və işğal olunmuş ərazilərdəki digər şəhərlərdə də etiraz aksiyaları keçirilərək Netanyahunun istefası tələb edilib.

May ayında korrupsiya, saxtakarlıq və əmanətə xəyanətdə ittiham olunaraq mühakimə edilən Netanyahuya qarşı xalqın narazılığı günü-gündən daha da artır.

İşğalçı İsrailin baş naziri korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunaraq, cinayətlərinə görə hakim qarşısına çıxarılsa da hələ də cəzalandırılmayıb.


Story Code: 882934

News Link :
https://www.islamtimes.org/az/news/882934/dünyanın-18-şəhəri-netanyahuya-qarşı-ayağa-qalxır

Islam Times
  https://www.islamtimes.org