QR CodeQR Code

Bəhreyn və Ərəbistan qüvvələri ABŞ səfirliyi ətrafında yerləşdib

30 Jul 2011 20:03

IslamTimes - Səudiyyə Ərəbistanı tərəfindən himayə edilən Bəhreyn qüvvələri ABŞ səfirliyi ətrafında yerləşərək Bəhreyn xalqının etiraz aksiyasının qarşısını almağa çalışıb


"IslamTimes"-ın verdiyi məlumata əsasən, Bəhreynin "14 fevral" təşkilatı xalqa müraciətində onların cümə günü küçələrə axışmasını istəyib. Onlar Vaşinqtonun Bəhreynin daxili işlərinə müdaxilə etdiyi səbəbindən ABŞ səfirliyinin qarşısına toplanıblar.

"14 fevral" təşkilatının sözçüsü Əbdür-Rauf Şayeb bildirib ki, Bəhreyn xalqı ABŞ-dan Ali-Xəlifə rejimini himayə etməyi dayandırmağı tələb edir.

Bəhreyn paytaxtı Manama küçələrinə çıxan on minlərlə etirazçı gələcəyləri üçün özlərinin qərara gəlməyə haqqları olduğunu bildiriblər.


Story Code: 88295

News Link :
https://www.islamtimes.org/az/news/88295/bəhreyn-və-ərəbistan-qüvvələri-abş-səfirliyi-ətrafında-yerləşdib

Islam Times
  https://www.islamtimes.org