0
Saturday 29 August 2020 - 15:45

ABŞ Rusiyadan buna görə neft alır - Tramp

Story Code : 883130
ABŞ Rusiyadan buna görə neft alır - Tramp
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Yeni İngiltərə regionunda enerji qiymətləri ABŞ-da ən yüksəyidir. Bilirsiniz niyə? Ona görə ki, qubernator Kuomo boru kəməri çəkməyə izn vermir ki, bizim neft və qazımız buraya gəlsin. Enerjini haradan aldığınızı bilirsinizmi? Rusiyadan. Siz bilmirdinizmi?” – deyə o bildirib.

Qeyd edək ki, ABŞ 2019-cu ildə Rusiyadan gündəlik 515 min barrel neft alıb. Ümumilikdə idxal edilən Rusiya neftinin dəyəri 2019-cu ildə 13,8 milyard dollar təşkil edilib.