QR CodeQR Code

ABŞ və İsrail İranla MAQATE anlaşmasına hələ də susur

IslamTimes , 29 Aug 2020 20:07

İslamTimes: Fransa, İngiltərə və digər Avropa ölkələri İranla-MAQATE arasında razılaşmadan yazıb bunu "mükəmməl xəbər" adlandırdı


Beynəlxalq Atom Enerjisi Agentliyinin baş katibi Rafael Qrossi bu vəzifəyə təyin olunduqdan sonra İrana səfər etmək barədə planları olduğu haqda açıqlama versə də onun bu səfəri koronavirus pandemiyası səbəbindən bir qədər gecikmişdi. Bu həftə Tehrana səfər edən Rafael Qrossi ilk öncə İran Nüvə Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi ilə, daha sonra XİN başçısı Məhəmməd Cavad Zərif və prezident Həsən Ruhani ilə görüşlər keçirib. Bu görüşlərdən sonra tərəflər arasında bır sıra razılaşmalar əldə edilib və görüşlərin olduqca müsbət keçdiyi bildirilib. 

Bu görüşdən sonra Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov, Avropa İttifaqı Xarici Siyasət Xidmətinin baş katibi Helqa Şmidt, Avropa Birliyinin Vyanadakı ali nümayəndəsi Stefan Klement, İngiltərənin MAQATE-dəki nümayəndəsi Devid Hall, Çin Xin sözçüsü Jao Liçian, Fransa Xarici İşlər Nazirliyi bu razılaşma barədə Twitter vasitəsi ilə məlumat verərək bu razılaşmanın mükəmməl bir xəbər olduğunu qeyd ediblər. Amma dünya ölkələrinin İranla-MAQATE-nin həmkarlığını müsbət qarşılamasına baxmayaraq, ABŞ və işğalçı İsrail rejimi hələ də bu barədə açıqlama verməkdən çəkinərək susur!


Story Code: 883165

News Link :
https://www.islamtimes.org/az/news/883165/abş-və-israil-iranla-maqate-anlaşmasına-hələ-də-susur

Islam Times
  https://www.islamtimes.org