0
Sunday 30 August 2020 - 00:36

Baydenin müavini: Seçkiləri udsaq İranla razılaşmaya dönəcəyik

Story Code : 883201
Baydenin müavini: Seçkiləri udsaq İranla razılaşmaya dönəcəyik
NDTV şəbəkəsinin verdiyi məlumata görə Demokrat partiyasından ABŞ-da keçiriləcək prezident seçkilərinə namizəd olan Co Baydenin müavini Kamala Harris bildirib ki, seçkilərdə qələbə əldə edəcəkləri təqdirdə, ABŞ Paris İqlim Sazişi və İranla imzalanan HBFP sazişinə geri dönəcək.

Co Baydenin prezident seçiləcəyi təqdirdə ABŞ-ın vitse-prezidenti vəzifəsinə təyin edəcəyi Kamala Harris əlavə edib ki, ABŞ öz nüfuzunu bərpa etmək üçün və dünyanın güvənini yenidən geri qazanmaq məqsədi ilə Paris İqlim Sazişi və Hərtərəfli Birgə Fəaliyyət Planına geri dönərək verdiyi vədlərə və öhdəçiliklərinə əməl etməlidir.

Donald Trampın beynəlxalq qanunları ayaq altına aldığını bildirən Kamala Harris deyib: "Biz Trampın vurduğu zərbələrin nəticələrini aradan qaldırmaq, ABŞ-ın sabiq nüfuzunu geri qazanmaq üçün çox iş görməli olacağıq. Biz Trampdan fərqli olaraq dostlarımıza qarşı vəfalıyıq və verdiyimiz vədlərə də əməl etməli olduğumuzu bilirik. Təəssüf ki, Tramp bunu anlamır. Çünki bu onun şəxsiyyətində olmayan bir şeydir. Onda dürüstlük anlayışı yoxdur, söylədiyi sözlər belə dəyişkəndir."
Source : IslamTimes