0
Sunday 30 August 2020 - 10:35

Beyrut limanında çalışan işçilərdən biri terrorçularla əlaqədə şübhəli bilinir

Story Code : 883232
Beyrut limanında çalışan işçilərdən biri terrorçularla əlaqədə şübhəli bilinir
APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Al-Akhbar” qəzetində dərc edilən məlumatda bildirilib. 

Livanlı müstəntiqlər şübhəlinin avqustun 1-də dəniz limanında işə düzəldiyini müəyyən edib. Bundan əvvəl isə sözügedən qaynaqçı öz ixtisası üzrə praktiki olaraq heç bir yerdə işləməyib, sadəcə, “youtube”da verilişlər yayımlayırmış.

Hakim Fadi Savvanın rəhbərlik etdiyi istintaq komissiyası tərəfindən təsdiq edilmiş sənədlərdə partlayışın təxribat və ya raket zərbəsindən baş vermədiyi göstərilir. Eyni zamanda livanlı mütəxəssislər ABŞ və fransalı həmkarları ilə birlikdə limana dənizdən və ya havadan da hücum edilmədiyi qənaətinə gəliblər. 

Nəşrin yazdığına görə, hər iki fakt şübhələrin doğruluğun inamı artırır.