QR CodeQR Code

Berlin polisi koronavirusa qarşı etiraz yürüşünü dağıdıb, 300-dən çox saxlanılan var

30 Aug 2020 10:07

İslamTimes: Berlin polisi şənbə günü Almaniyanın paytaxtında koronavirusa qarşı məhdudiyyətlərə etiraz olaraq keçirilən icazəsiz yürüşü dağıdıb. 


APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polisin “Twitter” hesabında məlumat  yerləşdirilib.

Bildirilib ki, yürüş iştirakçıları karantin rejiminin qaydaların kobud şəkildə pozub: "Təəssüf ki, başqa seçimimiz yoxdur. İnsanların təhlükəsizlik şərtlərinə əməl etmədiklərinə görə bu addımı atmaq məcburiyyətində qaldıq”.

TASS-ın məlumatına görə, polisin müdaxiləsi zamanı 300-dən çox etirazçı saxlanılıb. Ümumilikdə aksiyaya 38 min nəfərin qatıldığı bildirilib. Asayişin bərpasına 3 mindən çox polis əməkdaşı cəlb edilib.

Qeyd edək ki, analoji etirazlar aksiyaları Avropanın bir çox paytaxt şəhərlərində - Parisdə, Londonda və s. keçirilib. 

 


Story Code: 883235

News Link :
https://www.islamtimes.org/az/news/883235/berlin-polisi-koronavirusa-qarşı-etiraz-yürüşünü-dağıdıb-300-dən-çox-saxlanılan-var

Islam Times
  https://www.islamtimes.org