0
Sunday 30 August 2020 - 11:51

İraq baş naziri imam Hüseyn (ə) əzadarlığında

Story Code : 883242
İraq baş naziri imam Hüseyn (ə) əzadarlığında
Ötən gecə İraqın Baş naziri Mustafa əl-Kazimi Aşura münasibətilə Əmmar əl-Həkimin evinə gələrək İmam Hüseynin (ə) əza məclisində iştirak edib.

İraq prezidenti Bərhəm Salih də imam Hüseyn əza məclisi münasibətilə çıxışında İslam peyğəmbərinin (s) nəvəsini azadlığın, dinc həyatın, sülhün simvolu adlandırıb. İraq prezidenti bildirib ki, imam Hüseyn (ə) təkcə bir məzhəbə və ya dinə məxsus deyil, o bütün bəşəriyyət üçün nümunədir.

Bərhəm Salih əlavə edib ki, həzrət Hüseynin şüarları hələ də qüvvədədir və onun hətta düşmənlərinə qarşı insani davranışı bu gün də bir nümunə olaraq qəbul edilir.

Qeyd edək ki, dünyanın əksər ölkələrində Hüseyn (ə) aşiqləri maska taxaraq və sosial məsafə qaydalarına əməl edərək əzadarlıq məclisləri təşkil edib.
Source : IslamTimes