0
Sunday 30 August 2020 - 12:52

Sionist rejim Qərb Sahilindəki bir xəstəxanaya hücum edib

Story Code : 883247
Sionist rejim Qərb Sahilindəki bir xəstəxanaya hücum edib
"Əl-Quds Əl-Ərəbi" qəzetinin verdiyi məlumata görə, Fələstin Qızıl Aypara Cəmiyyəti bu gün işğalçı İsrail qüvvələrinin Qərbi Şəriyənin cənubundakı Əl-Xəlil şəhərində yerləşən "Alia" Xəstəxanasına hücum etdiyini və binanın içərisinə gözyaşardıcı qaz atdığını elan edib.

Fələstin Qızıl Aypara Cəmiyyətinin verdiyi məlumata görə, Qızıl Ayparaya məxsus təcili yardım maşınları sionistlərin hücumu nəticəsində yaralananlara kömək etmək üçün xəstəxanaya gəlib.

İşğalçı İsrail ordusunun nə üçün bu xəstəxanaya hücum etdiyi hələ də aydın deyil.
Source : IslamTimes