0
Monday 31 August 2020 - 01:06

ABŞ-da etiraz aksiyaları zamanı bir nəfər öldürülüb

Story Code : 883290
ABŞ-da etiraz aksiyaları zamanı bir nəfər öldürülüb
ABŞ-ın aksiyalar keçirilən Oreqon ştatının Portland şəhərində 1 nəfər güllələnib.

Publika.az xəbər verir ki, bu barədə yerli polis orqanları məlumat yayıb. Məlumatda bildirilir ki, şənbə günü saat 20:46-da polis zabitləri atəş səsi eşidib:

“Zabitlər hadisə yerində olanda bir nəfərin odlu silahdan atılan atəş nəticəsində yaralandığını görüblər. Tibb işçiləri həmin şəxsin öldüyünü bildirib”.

Qeyd edək ki, 29 avqustda Portland şəhərində aksiya zamanı “Black Lives Matter” hərəkatının üzvləri ilə ABŞ prezidenti Donald Trampın tərəfdarları arasında toqquşma baş verib. Aksiyada 19 iştirakçı nəzarət altına alınıb.