0
Monday 31 August 2020 - 08:44

İraqda Aşura mərasimi heç bir təhlükəsizlik problemi olmadan keçirilib

Story Code : 883337
İraqda Aşura mərasimi heç bir təhlükəsizlik problemi olmadan keçirilib
"SalamNews" Sumariya Agentliyinə istinadla xəbər verir ki, bu barədə İraq Ordusunun Bağdad Əməliyyatları Komandanlığı bəyanat verib.

Bəyanatda bildirilib ki, Aşura günü Kərbəlada, Bağdadda və sair mərasim keçirilən bölgələrdə təhlükəsizliklə bağlı problemlər yaşanmayıb.

Qeyd edək ki, İraq hökuməti bu mərasimin təhlükəsizliyi üçün 30 min təhlükəsizlik qüvvəsi cəlb etdiyini bildirmişdi.