0
Monday 31 August 2020 - 10:45

Tramp ABŞ-da vətəndaş müharibəsinə səbəb ola bilər

Story Code : 883356
Tramp ABŞ-da vətəndaş müharibəsinə səbəb ola bilər
Demokrat partiyasının prezident seçkilərinə namizədi Co Bayden Oreqon ştatının Portland şəhərində rəqib qrupların qarşıdurması nəticəsində bir ABŞ vətəndaşının həlak olmasından sonra dinc-şəraitdə keçirilməyən etirazları qınayıb. Bayden bu zorakılıqların artmasına görə ABŞ Prezidenti Donald Trampın məsuliyyət daşıdığını bildirib.

"Reuters" xəbər agentliyinin verdiyi məlumata görə, irqçilik və ABŞ-da polis zorakılığına qarşı keçirilən etirazlar qaradərili amerikalı Corc Floydun polis tərəfindən vəhşicəsinə öldürülməsindən bu günədək davam edir.

Üç aydan çoxdur ki etiraz aksiyaları keçirilən Portland şəhərində şənbə günü bir etirazçı odlu silahla hədəf alınaraq qətlə yetirilib. 

ABŞ prezidenti qətlə yetirilən şəxsə görə bazar günü Twitter vasitəsi ilə başsağlığı verib və onun müxalif qruplar tərəfindən öldürüldüyünü iddia edib.

Trampın bu mövqeyinə münasibət bildirən Bayden deyib: “Bu qətlin istənilən bir şəxs tərəfindən törədilməsini qınayıram və Trampın da mövzuya bu yöndən yanaşmasını istəyirəm. Biz ABŞ-ı özümüzlə mübarizə apardığımız bir ölkəyə çevirməməliyik!"

Qeyd edək ki, Co Baydenlə yanaşı digər tanınmış simalar da Trampın ABŞ-da zorakılığın artmasına, cəmiyyətdə ayrıseçkiliyə səbəb olmasına inanır.
Source : IslamTimes