0
Monday 31 August 2020 - 14:31

Portland merindən Trampa sərt sözlər - Mane olma!

Story Code : 883384
Portland merindən Trampa sərt sözlər - Mane olma!
ABŞ-ın Oreqon ştatının səlahiyyətliləri bu səhər yayımladıqları açıqlamada bildiriblər ki, sosial şəbəkələrdə etirazçıların ölümcül atəşə tutulmasının qisası ilə bağlı yazılan mesajları nəzərə alaraq ciddi qarşıdurmalara hazır olmalıyıq. Bu son üç ayda davam edən etirazların ən ağır mərhələsi ola bilər.

"Reuters" xəbər agentliyi yazıb ki, Portland meri Ted Viler mətbuat konfransında deyib: "Bu gün səhər Twitter-də "qisas almaq üçün Portlanda gəlirik" yazanlara səslənirəm, - Uzaq durun və irəli gəlməyin!"

Trampın siyasi ritorikasını tənqid edən Viler deyib: "Tramp parçalanmaya səbəb oldu və insanları zorakılığa təhrik etdi. Onun sərgilədiyi rəftar qurucu, həmkarlığa əsaslanan davranışlar deyil, təhrikedicidir! Prezident ya bizi dəstəkləsin, ya da özünü bizdən uzaq tutsun. Belə etsə minnətdar olaram..."

Mer bildirib ki, Portland polisi aksiyada iştirak edənlərə ölümcül hücumla bağlı araşdırmaya başlasa da hələ ki, mühüm məlumatlar əldə edə bilməyib.
Source : IslamTimes