QR CodeQR Code

Minlərlə israillinin işğal olunmuş ərazilərdə etiraz aksiyası

30 Jul 2011 23:52

IslamTimes - dünən polislə etirazçılar arasında ciddi toqquşmalar baş verib və onlarla nümayişçi həbs edilib.


"IslamTimes"-ın "FarsNews" xəbər agentliyinə istinadən verdiyi məlumata əsasən, ötən gün minlərlə israilli işğal olunmuş Fələstin şəhərlərində küçələrə axışaraq məskən qiymətlərinin yüksəkliyinə etiraz ediblər.

"Haartez"-in verdiyi məlumata əsasən, israillilər ötən həftədən etirazlara start verərək, Tel-Əvivin mərkəzində çadırlar qurublar. Amma bu etirazlar ötən gün daha da şiddətlənərək bütün İsraili əhatə edib.

Nəzərinizə çatdıraq ki, dünən polislə etirazçılar arasında ciddi toqquşmalar baş verib və onlarla nümayişçi həbs edilib. Bu gün isə səhər saat 9 radələrində etirazlar başlayıbdır. Bu yaxınlarda Tel-Əvivin mərkəzi meydanlarından birində daha irihəcmli aksiya keçiriləcəyi gözlənilir.


Story Code: 88355

News Link :
https://www.islamtimes.org/az/news/88355/minlərlə-israillinin-işğal-olunmuş-ərazilərdə-etiraz-aksiyası

Islam Times
  https://www.islamtimes.org