QR CodeQR Code

Əli Həsənova cinayət işi açıldı - İddia

1 Sep 2020 11:09

İslamTimes: Əli Həsənova Azərbaycan Respublikası CM-nin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələrilə cinayət işi açıblar


Vüqar Səfərlinin və bir sıra jurnalistlərin, sayt rəhbərlərinin, keçmiş dostlarının ifadələri əsasında Respublika Prokurorluğunda Azərbaycan Prezidentinin keçmiş köməkçisi Əli Həsənova Azərbaycan Respublikası CM-nin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələrilə cinayət işi açıblar.

Axar.az xəbər verir ki, bu barədə jurnalist Fikrət Hüseyinli məlumat yayıb.

O iddia edib ki, Həsənovun Türkiyədə olduğu xəstəxana ilə əlaqə yaradılıb, onun səhhətinin təyyarəyə minməsinə imkan verib-vermədiyi öyrənilib:

"Həsənova deyilib ki, yaxın müddətdə geri dönməsə, Türkiyədən harasa qaçmağa cəhd göstərsə, haqqında beynəlxalq axtarış elan ediləcək. Qoluqandallı Azərbaycana gətiriləcək".


Story Code: 883570

News Link :
https://www.islamtimes.org/az/news/883570/əli-həsənova-cinayət-işi-açıldı-iddia

Islam Times
  https://www.islamtimes.org