QR CodeQR Code

Tramp etirazçıları terrorçu adlandırdı

2 Sep 2020 09:26

İslamTimes: Polis zorakılığına qarşı təşkil edilən nümayişlər dinc deyil, daxili terror təxribatlarıdır.


Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

Ağ Ev rəhbəri nümayişçilərin iş yerlərinə zərər verdiyini, federal binaları yandırdığını, mağazaları qarət etdiklərini bildirib.

Tramp əlavə edib ki, hökumət orqanları təhlükəsizliyi təmin etmək üçün böyük əmək sərf edir.

Qeyd edək ki, son dönəmlərdə Amerika polislərinin qaradərililərlə amansız rəftarı ABŞ cəmiyyətində kəskin hiddətə səbəb olub.


Story Code: 883752

News Link :
https://www.islamtimes.org/az/news/883752/tramp-etirazçıları-terrorçu-adlandırdı

Islam Times
  https://www.islamtimes.org