QR CodeQR Code

BƏƏ ilə işğalçı İsrail arasında razılşamanın rəsmi imzalanma vaxtı açıqlandı

2 Sep 2020 11:08

İslamTimes: Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və işğalçı İsrail rejimi arasında ikitərəfli münasibətlərin normallaşdırılmasına dair müqavilənin imzalanması 18 sentyabrda Ağ Evdə baş tutacaq.   


Bu barədə “Axios” xəbər portalı bu gün sionist rejimi, BƏƏ və ABŞ-dakı mənbələrinə istinadən xəbər verib.
  
Məlumata əsasən, İsrail ilə BƏƏ arasındakı münasibətlərin normallaşdırılmasına dair danışıqlar gözlənildiyindən daha sürətli irəliləyir və ABŞ-ın iştirakı ilə əlavə üçtərəfli müqavilənin bağlanmasına səbəb ola bilər. Söhbət üç ölkənin “regional ittifaqın” dan gedir.   

Xatırladaq ki, avqustun ortalarında ABŞ Milli Təhlükəsizlik müşaviri Robert O Brayn BƏƏ ilə İsrail arasında ikitərəfli münasibətlərin tam normallaşmasına dair sazişin imzalanmasının Ağ Evdə reallaşacağını və işğalçı İsrail Baş Naziri Binyamin Netanyahunun və ehtimal ki, Əbu-Dabinin vəliəhd şahzadəsinin iştirak edəcəyini açıqlamışdı.   

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 13 avqustda İsrail və BƏƏ-nin ikitərəfli münasibətlərin tam normallaşması barədə razılığa gəldiklərini elan etmişdi. Anlaşmalara görə, İsrail Fələstin-İsrail münaqişəsinin həllinə dair Amerika planında nəzərdə tutulan İordan çayının Qərb Sahilindəki ilhaqı dayandıracaq. /Eastnews/


Story Code: 883787

News Link :
https://www.islamtimes.org/az/news/883787/bəə-ilə-işğalçı-israil-arasında-razılşamanın-rəsmi-imzalanma-vaxtı-açıqlandı

Islam Times
  https://www.islamtimes.org