0
Wednesday 2 September 2020 - 11:53

İsrailin yaralandığını dediyi iranlı generalın videosu yayımlandı

Story Code : 883793
İsrailin yaralandığını dediyi iranlı generalın videosu yayımlandı
Eastnews.org-un verdiyi xəbərə görə, bəzi mətbuat orqanları İsrail rejimi Hərbi Hava Qüvvələrinin Suriyanın paytaxtı Dəməşqin cənubunda Suriya ordusunun mövqelərini bombalaması nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının “Qüds” qoşununun komandanı, general-mayor İsmail Qaaninin yaralandığı barədə məlumat yaymışdı.   

Məlumatı rəsmi Tehran nə təsdiq, nə də təkzib etmişdi. Lakin dünən axşam İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İsmayıl Qaaninin videosunu yayaraq, bütün şübhələri aradan qaldırıb. /Eastnews/