QR CodeQR Code

Makron İraq səfərində Ayətullah Sistani ilə görüşəcək

2 Sep 2020 11:59

İslamTimes: Fransa prezidenti Emanuel Makron Livandan sonra İraqa səfər edəcək və səfər zamanı müctəhid Ayətullah Sistani ilə görüşəcək.


SalamNews xəbər verir ki, bu barədə Livan mətbuatı məlumat yayıb.

Bildirilib ki, Emanuel Makron İraq səfərində Nəcəf-Əşrəf şəhərinə gedərək Ayətullah Sistani ilə görüşəcək.

Həmçinin əlavə edilib ki, Makron İraq səfərində ölkə prezidenti Bərhəm Saleh, baş nazir Mustafa əl-Kazimi, parlament sədri Məhəmməd əl-Halbusi və İraq-Kürdüstan Regional Hökuməti rəsmilərilə görüşlər keçirərəck.


Story Code: 883797

News Link :
https://www.islamtimes.org/az/news/883797/makron-iraq-səfərində-ayətullah-sistani-ilə-görüşəcək

Islam Times
  https://www.islamtimes.org