QR CodeQR Code

81 nobel mükafatçısı Co Baydeni dəstəklədiyini bildirdi

IslamTimes , 2 Sep 2020 21:00

İslamTimes: Trampın ABŞ-ın dünya ölkələri ilə münasibətlərini gərginləşdirməsi bir çox tanınmış simaların Co Baydeni himayə etməsinə səbəb olub


"CNN" kanalının verdiyi xəbərə görə 81 nobel mükafatçısı yazdıqları məktubda "mütəxəssislərin sözünü dinləmək qabiliyyətinə görə" seçkilərdə Co Baydeni dəstəkləyəcəklərini bildiriblər.

Məktubda deyilir: "Millətimiz heç vaxt bu dönəmdəki qədər dövlətin ümumi siyasətinin tənzimlənməsinə dəyər verən liderə ehtiyac duymayıb. Uzun müddət xidmət etmiş Co Bayden həmişə mütəxəssisləri dinləməyə can atıb. O beynəlxalq əməkdaşlığın dəyərini yaxşı başa düşür və immiqrantların ölkəmizdəki roluna hörmət edir."

Prezident Donald Tramp koronavirus ABŞ-da peyda olan gündən mütəxəssislərin fikirlərinə məhəl qoymayıb, hətta tibbi maskalardan istifadə ilə bağlı da insanların zehnində şübhələr yaradıb.

Tramp prezidentliyi dövründə Çin, Rusiya, Venesuela, İran və digər bir neçə ölkə ilə də münasibətləri gərginləşdirib.


Story Code: 883913

News Link :
https://www.islamtimes.org/az/news/883913/81-nobel-mükafatçısı-co-baydeni-dəstəklədiyini-bildirdi

Islam Times
  https://www.islamtimes.org