0
Wednesday 2 September 2020 - 21:54

Suriyada yeni Nazirlər Kabineti and içdi

Story Code : 883916
Suriyada yeni Nazirlər Kabineti and içdi
Suriyanın Əl-Əxbariyyə dövlət televiziya kanalı, Baş nazir Hüseyn Arnusun başçılıq etdiyi Nazirlər Kabinetinin yeni üzvlərinin prezident Bəşər Əsəd qarşısında and içdiyini bildirib.

Bir neçə gün əvvəl Bəşər Əsəd 221 saylı fərmanı ilə mühəndis Hüseyn Arnusun rəhbərliyi ilə Suriyada yeni hökumətin formalaşdırılması göstərişini verib.

Hüseyn Arnus İmad Xəmisin istefa verməsindən sonra 11 iyun tarixindən Suriyanın baş naziri vəzifəsini icra edirdi.
Source : IslamTimes