0
Wednesday 2 September 2020 - 23:09

İraqdan çıxarılan ABŞ qüvvələri qeyri-qanuni şəkildə Suriyaya üz tutub

Story Code : 883929
İraqdan çıxarılan ABŞ qüvvələri qeyri-qanuni şəkildə Suriyaya üz tutub
ABŞ işğalçı qüvvələri məntəqədəki bazalarını qoruyaraq, fəaliyyətlərini davam etdirmək məqsədi ilə ötən gün İraq-Suriya sərhəddindəki qeyri qanuni Əl-Vəlid keçidindən istifadə edərək, İraqdakı hərbi təchizatlarını Suriyanın Əl-Hesake şəhərinə köçürüblər.

Suriyanın "Oqat əl-Şam" informasiya agentliyi yazıb ki, ABŞ qüvvələri 60 yük maşınından ibarət karvanla hərbi təchizatları Əl-Vəlid qanunsuz keçid məntəqəsindən Suriyaya ötürüb və Əl-Hesake şəhərindəki qanunsuz bazalarına yerləşdirir.

Suriya KİV-nin verdiyi məlumata görə ABŞ qüvvələri son bir neçə ay ərzində minlərlə yük maşını vasitəsi ilə Suriyaya hərbi təchizatlar gətirib. Onlar Suriyadakı qüvvələrini gücləndirərək, Suriya daxilindəki "Qəsd" silahlıları və terrorçularla həmkarlıq edir və Suriya neftini qaçaq yollarla qara bazara çıxarır.

Suriya Demokratik Qüvvələrinin (Qəsd) rəhbəri Məzlum Əbdi də bildirib ki, bu qrup Amerika neft şirkətlərindən biri ilə neft müqaviləsi bağlayıb.
Source : IslamTimes