QR CodeQR Code

Sorğu: Bayden populyarlıq baxımından Trampı qabaqladı

3 Sep 2020 09:58

İslamTimes: ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizəd Cozef Bayden ölkədə seçkiöncəsi partiya qurultayları bitdikdən sonra Ağ Evin hazırkı başçısı Donald Trampla populyarlıq fərqini yenidən artırdı.


"Report" TASS-a istinadən xəbər verir ki, bunu CNN teleşirkətinin sifarişi ilə SSRS xidməti tərəfindən 28 avqust - 1 sentyabr tarixləri arasında aparılmış sosioloji sorğunun nəticələri sübut edir.

Respondentlərdən prezident seçkiləri indi baş tutarsa, hansı siyasətçini dəstəkləyəcəkləri soruşulub. Rəyi soruşulanlardan 51 faizi Baydenə səs verəcəklərini söyləyib. Respondentlərin 43 faizi Trampı dəstəkləyəcəklərini bildirib. Onlardan cəmi 1 faizi başqa namizədə səs verəcəklərini, 2 faizi isə heç bir siyasətçini dəstəkləməyəcəklərini etiraf ediblər. Rəyi soruşulanların digərləri cavab verməyib.

Avqustun 12-dən 15-dək keçirilmiş sorğunun nəticələrinə görə, respondentlərin 50 faizi Baydenə səs verməyə hazır olduqlarını bildiriblər, rəyi soruşulanların 46 faizi Trampı dəstəkləyib. İyunda demokratları dəstəkləyənlərin göstəricisi 55 faiz, respublikaçılara səs verməyə hazır olanların göstəricisi isə 41 faiz təşkil edib.

CNN qeyd edib ki, seçkilərin nəticələri baxımından ən əhəmiyyətli olan 15 ABŞ ştatında Baydenin reytinqi orta hesabla 50 faiz, Trampın reytinqi isə 45 faiz təşkil edir.

SSRS-in telefon sorğusunda təxminən 1,1 min nəfər iştirak edib.

 


Story Code: 883984

News Link :
https://www.islamtimes.org/az/news/883984/sorğu-bayden-populyarlıq-baxımından-trampı-qabaqladı

Islam Times
  https://www.islamtimes.org