0
Sunday 31 July 2011 - 10:01

ABŞ zahirən geri çəkilsə də, gözü hələ İraqdadır

Story Code : 88401
ABŞ zahirdə geri çəkilsə də, gözü hələ İraqdadır
ABŞ zahirdə geri çəkilsə də, gözü hələ İraqdadır
ABŞ hərbiçiləri uzun illərdən sonra İraqdan geri çəkilir. ABŞ rəhbərliyi isə İraq torpaqlarında varlığını davam etdirmək üçün fərqli sahələrdə səylərini davam edir. Vaşinqton tərəfindən hazırlanan bir hesabata görə, ABŞ hərbiçilərinin İraqdan geri çəkilməsi başlayandan ölkədə durumun pisləşdiyi iddia edilir.

Vaşinqton Post qəzetinin xəbərinə görə, Ağ Ev, İraqda artan çəkişmələrin bir il əvvələ nisbətən daha çox olduğunu düşünür.

ABŞ iddia edir ki, İraqdakı çəkişmələr həm sünniləri həm də şiələri ayrı-ayrı hədəf alan naməlum hücumlarla başlamış, bir müddət sonar isə bu hücumlar hər iki qrupun bir-birinə düşmən olmasına səbəb olub.

Əksər siyasətçilərin bildirdiyinə əsasən, ABŞ bütün bu bəhanələrlə İraqdan çəkilmə planını ləngitməyə nail olmaq istəyir. Öncəki razılaşmalara əsasən, ABŞ hərbiçiləri bu ilin sonunadək İraq torpaqlarını tərk etməlidir.


Comment


Related files