0
Thursday 3 September 2020 - 10:26

İranlı komandan bəzi HHM sistemlərinin sürpriz olaraq gizli saxlanıldığını bildirib

Story Code : 884011
İranlı komandan bəzi HHM sistemlərinin sürpriz olaraq gizli saxlanıldığını bildirib
APA “Sputnik”ə istinadən xəbər verir ki, bunu İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı Alireza Sabahifard çərşənbə günü hava hücumundan müdafiə qüvvələrinin iyirmidən çox nümunələrinin nümayiş etdirildiyi sərgidə çıxışı zamanı bildirib. 

O əlavə edib ki, bu gün ölkə səmasında hər hansı bir pilotsuz təyyarəni müəyyənləşdirmək və lazım gələrsə, məhv etmək qabiliyyətinə malikdirlər: "Sərgidə təqdim olunan sistemlər İranın arsenalında olan hava hücumundan müdafiə qurğularının çox az hissəsidir”. 

Komandan bəzi sistemlərin sürpriz olaraq gizli saxlanıldığını deyib: "Gizli avadanlıq kimi saxlanılan müdafiə sistemlərindən düşmənləri peşiman etmək üçün ehtiyac duyulduqda istifadə ediləcək”. 

Təqdim olunan sistemlər arasında təlimlər və simulyasiya məqsədləri üçün istifadə üçün hazırlanmış “Emad” ("Sütun") sistemi də nümayiş olunub. Bu sistemin İran mühəndisləri tərəfindən sıfırdan inkişaf etdirildiyi bildirilir. Alireza Sabahifard bu günə qədər yalnız bir neçə inkişaf etmiş ölkənin belə bir sistemə sahib olduğunu vurğulayıb.