QR CodeQR Code

Tramp Nyu-York və digər 3 şəhərin əhalisi ilə "müharibə"yə başladı

IslamTimes , 3 Sep 2020 22:12

İslamTimes: ABŞ prezidenti Nyu-York və digər 3 şəhərin büdcəsinin kəsilməsi ilə bağlı qərar qəbul edib


Amerika mediasında yer alan xəbərə görə, ABŞ prezidenti Donald Tramp federal hökumətə son bir neçə ayda şiddətli etirazlara səhnə olan Nyu-York və üç digər şəhərə ayrılan büdcələrin kəsilməsi prosesinə başlamaq barədə göstəriş verib.

"New York Post" qəzeti yazıb ki, Tramp çərşənbə günü beş səhifəlik sənəd imzalayıb. O bütün federal qurumlara Ağ Evin İdarəetmə və Büdcə İdarəsinə hesabat göndərərək digər şöbələrə ayrıla biləcək büdcələr haqqında məlumat vermələrini əmr edib.

Nyu-York, Vaşinqton, Sietl və Portland Trampın qəzəbinə tuş gələn şəhərlərdir. Bu şəhərlər qaradərili Amerika vətəndaşı Corc Floydun polis tərəfindən vəhşicəsinə qətlə yetirilməsindən sonra ciddi etiraz aksiyalarına səhnə olub.

Donald Tramp imzaladığı sənəddə iki dəfə Nyu-Yorkun bələdiyyə sədri Bill de Blasionun adını çəkib. O deyib ki, mən icazə verməyəcəyəm ki, hökumətin vergidən əldə edilən dollarları öz məntəqələrinin qanunsuzluq halları baş alıb gedən ərazilərə çevrilməsinə şərait yaradan şəhərlərlərin büdcəsinə yatırılsın.


Story Code: 884138

News Link :
https://www.islamtimes.org/az/news/884138/tramp-nyu-york-və-digər-3-şəhərin-əhalisi-ilə-müharibə-yə-başladı

Islam Times
  https://www.islamtimes.org