0
Friday 4 September 2020 - 00:30

Mahmud Abbas: BƏƏ zəhərli xəncəri Fələstinin kürəyinə sapladı!

Story Code : 884144
Mahmud Abbas: BƏƏ zəhərli xəncəri Fələstinin kürəyinə sapladı!
"Əl-Məyadin" şəbəkəsinin verdiyi xəbərə görə Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas Ramallahdakı bir toplantıda deyib: "Bu gün Fələstin qarşısında milli borcumuzu yerinə yetirmək üçün həmrəy olmalıyıq!"

Mahmud Abbas əlavə edib: "Çox mühüm və təhlükəli bir dönəmdəyik. Fələstinə qarşı başda "əsrin müqaviləsi" olmaqla müxtəlif fitnələr hazırlanır. Bu gün Fələstinə qarşı (İsraillə) rabitələrin normallaşdırılması layihələri də həyata keçirilir. Fələstinin kürəyinə sancılmış son zəhərli xəncər ABŞ-ın vasitəçiliyi ilə gerçəkləşən BƏƏ-İsrail razılaşması oldu. Bu gün biz tək bir məsələ üçün vahid bir millət olaraq bir araya gəlmişik. Fələstin və Qüds bizi bir araya gətirdi!"

Fələstin Muxtariyyətinin başçısı deyib: "Vətənimizlə bağlı qərar vermək bizim ən təbii hüququmuzdur. Heç kimin bizim adımızdan danışmasına və ya bizim əvəzimizə qərar qəbul etməsinə razı olmayacağıq. ABŞ və İngiltərənin hazırlayıb ortaya çıxardıqları 1917-ci ildən bəri "Balfur" vədi ilə bizə qarşı çıxırlar."

Mahmud Abbas deyib: “Bu biz idik ki, Qərb Sahilinin (işğalçı İsrailə) ilhaq planını dayandırdıq, bu biz idik ki, əsrin müqaviləsinin uğursuluqla nəticələnməsinə səbəb olduq. Bu yolda kimsə bizə yardım etmədən bunu bacardıq! Ərəb ölkələri bizə olan öhdəliklərini yerinə yetirmədilər. ABŞ hökuməti bizə məxsus dondurulmuş əmlakımızdan belə bizə borc verilməsinə qadağa qoydu. Lakin biz diz çökmədik..."
Source : IslamTimes