QR CodeQR Code

Fransa son sutkada rekord sayda koronavirusa yoluxma qeydə alınıb

5 Sep 2020 01:53

İslamTimes: Fransada son sutkada 8975 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, bu, epidemiya başlayandan bəri rekord göstəricidir.


APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mart ayının sonunda sutka ərzində maksimum 7578 yoluxma hadisə olurdu.

Hazırda xəstəxanalarda 4671 nəfər koronavirus xəstəsi var, onlardan 473 nəfəri reanimasiyadadır.

Qeyd edək ki, Fransada bu günədək koronavirusdan 30686 nəfər ölüb.

 


Story Code: 884345

News Link :
https://www.islamtimes.org/az/news/884345/fransa-son-sutkada-rekord-sayda-koronavirusa-yoluxma-qeydə-alınıb

Islam Times
  https://www.islamtimes.org