0
Saturday 5 September 2020 - 04:27

Rusiyanın hazırladığı peyvəndi 40 ölkə almaq istəyir

Story Code : 884349
Rusiyanın hazırladığı peyvəndi 40 ölkə almaq istəyir
40 ölkə Rusiyanın koronavirusa qarşı “Sputnik V” peyvəndini əldə etmək niyyətindədir.

Publika.az xəbər verir ki, bunu “RİA Novosti”yə Rusiya Federasiyasının Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev deyib.

Onun sözlərinə görə, peyvəndin çatdırılmasına artıq cari ilin noyabrında başlanıla bilər.

Peyvəndin alınmasına Braziliya, Misir, Hindistan, Özbəkistan, Meksika, Argentina, Vyetnam, İsrail və başqa ölkələr maraq göstərib.