QR CodeQR Code

Terrorçular və işğalçılar Yəməndə birgə hərəkət edirlər

5 Sep 2020 11:44

İslamTimes: Yəmənin paytaxtı Sənadakı hökumətin Xarici İşlər nazirinin müavini Hüseyn əl-Əzzi Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri ilə "Əl-Qaidə" terrorçu qruplaşması barəsində açıqlama verib.


O, açıqlamasında vurğulayıb ki, terrorçular və Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri Yəmənin işğalı üçün birgə hərəkət edirlər.

"Bu günlərdə ələ keçirilən terrorçular istintaqa verdikləri ifadələrdə hər şeyi etiraf ediblər. Bu barədə sübutlar yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq", - deyə Hüseyn əl-Əzzi diqqətə çatdırıb.   

Xarici İşlər nazirinin müavini həmdə qeyd edib ki, bu gün Yəmən ordusu ölkəni həm terrorçulardan, həm də işğalçılardan qoruyacaq gücdədir. /Eastnews/


Story Code: 884448

News Link :
https://www.islamtimes.org/az/news/884448/terrorçular-və-işğalçılar-yəməndə-birgə-hərəkət-edirlər

Islam Times
  https://www.islamtimes.org