0
Saturday 5 September 2020 - 21:38

"Tramp etiraz aksiyaları ilə bağlı yalan məlumat verir!"

Story Code : 884539
"Tramp etiraz aksiyaları ilə bağlı yalan məlumat verir!"
İngiltərənin "Guardian" qəzetinin yazdığına görə, "Fox News" kimi Tramp və komandasını dəstəkləyən şəbəkələrin "etirazçılar zorakılığa əl atır, dükanları qarət edir" başlığı ilə hazırladıqları xəbərlər əslində həqiqəti əks etdirmir. Amerikada siyasi zorakılıqlarla bağlı araşdırma aparan təşkilatların, xüsusi ilə "ACLED" təşkilatının son hesabatında bildirilir ki, ABŞ-da bir neçə ay ərzində keçirilən mindən çox etiraz aksiyalarının 93 faizində etirazçılar tərəfindən heç bir soyğunçuluq, zorakılıq halına rast gəlinməyib. Əksinə ABŞ dövləti etirazçılara qarşı kobud davranışlara üstünlük verib. Dinc aksiyalarda iştirak edənləri susdurmaq üçün zor tətbiq edilib. Bundan da qorxulusu odur ki, müxtəlif şəhərlərdə dinc aksiya iştirakçılarına avtomobillərlə hücum edilib. Bu avtomobillərdə silahlı şəxslər olub. 

Princetonun "Bridging Divides" İnstitutunun həmkarlığı ilə hazırlanan hesabatda qeyd edilir ki, ABŞ prezident seçkilərinə sayılı günlər qaldığı bir zamanda ciddi təhlükələrlə üz-üzədir.

ABŞ-da Polisin qaradərililərə qarşı irqçi davranışı, onları tərəddüd etmədən qətlə yetirməsi Amerikada böyük etirazlara səbəb olsa da, prezident Trampın etirazçılara bir düşmən kimi baxaraq, sərt rəftar etməsi ABŞ əhalisini daha da qəzəbləndirib!
Source : IslamTimes