QR CodeQR Code

İşğal olunmuş ərazilərdə Netanyahuya qarşı növbəti aksiya

IslamTimes , 6 Sep 2020 00:22

İslamTimes: Qəzəbli sionistlər Benyamin Netanyahunun koronavirusla bağlı tədbirsizliyinə və korrupsiyaya qarşı böyük aksiya təşkil edib.


Yerusəlim Post-un məlumatına görə, Benyamin Netanyahuya qarşı nümayişlər 11-ci həftəsinə daxil olduğu şənbə günü 2000 qəzəbli sionist işğal altındakı Qüdsün əsas girişindən İsrail baş nazirinin iqamətgahına doğru yürüş edib.

Etirazçılar Benyamin Netanyahunun iqamətgahı önündə, həmçinin işğal altındakı Qüdsün digər nöqtələrində toplanaraq baş nazirə qarşı şüarlar səsləndiriblər. Etiraz aksiyasında İsrail ordusunun təqaüdə çıxmış hərbçiləri də iştirak edib. Etirazçılar arasında Likud Partiyası və Netanyahunun özü ilə yaxın münasibətdə olmayan digər sionist siyasi xadimlər də olub.

Sionist rəsmilərdən birinin verdiyi məlumata görə, minlərlə etirazçı işğal altındakı ərazilərin onlarla müxtəlif məntəqəsində toplaşaraq, iqtisadiyyat və səhiyyə zəminində uğursuz nəticələr əldə edən dövlətə qarşı şüarlar səsləndiriblər. Onlar yeganə çıxış yolunun Netanyahunun istefa verməsində olduğunu təkidlə vurğulayıblar.
 


Story Code: 884549

News Link :
https://www.islamtimes.org/az/news/884549/işğal-olunmuş-ərazilərdə-netanyahuya-qarşı-növbəti-aksiya

Islam Times
  https://www.islamtimes.org