0
Monday 7 September 2020 - 18:11

İsmayıl Haniyə Seyid Həsən Nəsrullahla görüşdü

Story Code : 884857
İsmayıl Haniyə Seyid Həsən Nəsrullahla görüşdü

Deyerler.org xəbər verir ki, Əl-Mənarın məlumatına görə, HƏMAS-ın siyasi bürosunun sədr müavini Salih Əl-Aruri də daxil olmaqla müşayiət edən nümayəndə heyətinin də qatıldığı toplantıda, Fələstin, Livan və bölgədəki siyasi və hərbi inkişaflar və Fələstin məsələsinin yaratdığı təhlükələr, o cümlədən “Əsrin müqaviləsi” fitnəsi müzakrə edilib. Toplantıda, həmçinin ərəblərin sionist rejimlə rəsmi münasibəti və bu baxımdan müsəlman ümmətin məsuliyyəti araşdırılıb, müqavimət oxunun dayanıqlığına, təzyiq və təhdid qarşısında gücünə vurğu edilib.
 
Hizbullahdan verilən açıqlamaya görə, iclasda Hizbullah ilə HƏMAS arasında iman, qardaşlıq, cihad, birgə taley, tərəflər arasında əməkdaşlıq və koordinasiya mexanizmlərinin inkişaf etdirilməsinə əsaslanan möhkəm əlaqələr vurğulanıb.
 
İsmayıl Haniyə 1993-cü ildən bəri ilk dəfə 4 sentyabrda Livana gəlib. Səfərinin ilk günü parlamentin sədri Nəbih Bərri, ictimai təhlükəsizlik baş direktoru Abbas İbrahim və Livanın sünni müftisi Əbdül Lətif Daryan da daxil olmaqla ölkədəki digər rəsmilərlə görüşmüşdü.
 
Source : Deyerler
Comment