QR CodeQR Code

Lavrov: İran, Rusiya və Türkiyə Suriya mövzusunda həmfikirdir

7 Sep 2020 21:57

İslamTimes: Rusiya xarici işlər naziri Suriyada Liviya-İraq ssenarisinin təkrarlanmasının qarşısını almaq üçün Rusiya, İran və Türkiyənin razılaşdığını bildirib


Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Suriyada sülhün təminatçısı olan üç ölkənin (Rusiya, İran və Türkiyə) yanaşmalarında fərqlər olsa da, hər üç ölkə Suriyada Liviya və İraq ssenarilərinin təkrarlanması ilə bağlı həmfikirdir və bunun üçün də əksər mövzularda razılığa gəliblər.

Lavrov deyib: "Əlbətdə ki, Moskva, Ankara və Tehranın yanaşmalarında fərqli yanaşmalar var. Bu fikir ayrılıqları həm rəsmi açıqlamalarda, həm də ölkə daxilindəki durumu incələdikdə müşahidə edilə bilər. Buna baxmayaraq, Türkiyə və İranla ortaq bir məqsəd güdürük. İraq və Liviyadakı hadisələrin təkrarlanmasına imkan verə bilmərik!"

Qeyd edək ki, İran, Rusya və Türkiyə Suriya ilə bağlı Cenevrədəki son toplantıda müştərək bəyanat verərək, Suriya Ərəb Respublikasının ərazi bütövlüyünün, suverenliyinin qorunmasının əsas hədəf olduğunu bildiriblər. 3 ölkə rəsmiləri bundan sonra da İŞİD, Ən-Nüsrə və digər terrorçuların Suriyadan ayağının kəsilməsi üçün fəaliyyətlərini davam etdirəcəklərini qeyd ediblər.


Story Code: 884904

News Link :
https://www.islamtimes.org/az/news/884904/lavrov-iran-rusiya-və-türkiyə-suriya-mövzusunda-həmfikirdir

Islam Times
  https://www.islamtimes.org