0
Tuesday 8 September 2020 - 00:01

Səudiyyə koalisiyası Yəmən PUA-larını vurmaqda aciz qalıb!

Story Code : 884910
Səudiyyə koalisiyası Yəmən PUA-larını vurmaqda aciz qalıb!
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi anti-Yəmən Koalisiyası bir Yəmən PUA-sını aşkar edərək vurduğunu iddia edib. Əl-Ərəbiyə şəbəkəsi koalisiya sözçüsü Turki əl-Malikiyə istinadən bildirib ki, Ənsarullah Müqavimət Hərəkatı pilotsuz uçan aparatı Səudiyyə Ərəbistanına yollayaraq, yaşayış məntəqəsinə hücum etmək niyyətində olub.

Bu günədək minlərlə körpə, qadın və yaşlı yəmənliləri qətliam edən Koalisiya rəsmisi iddia edib ki, Yəmən Milli Qurtuluş Hökuməti "mülki insanları hədəf almağa" davam edir və bu ölkənin hərbi gücünü zəiflətməyə və məhv etməyə çalışır.

Yəmənə məxsus bir pilotsuz təyyarənin aşkar edilməsi iddiası Yəmən ordusunun sözçüsünün bəyanatı ilə eyni vaxta təsadüf edir. Yəmən ordusu son açıqlamasında bildirmişdi ki, PUA-ların dəqiq əməliyyatı nəticəsində Səudiyyə Ərəbistanının Əbha hava limanındakı hərbi mərkəzlərə dəqiq zərbələr endirilib.
Source : IslamTimes