QR CodeQR Code

Bu gündən ictimai yerlərdə 10 nəfərədək toplaşmağa icazə verilir

8 Sep 2020 06:37

İslamTimes: Bu gündən ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.


APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına edilən dəyişiklikdə əksini tapıb.

Bundan əvvəl insanların 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmişdi.

Qərar 8 sentyabr 2020-ci ildən qüvvəyə minib. 


Story Code: 884926

News Link :
https://www.islamtimes.org/az/news/884926/bu-gündən-ictimai-yerlərdə-10-nəfərədək-toplaşmağa-icazə-verilir

Islam Times
  https://www.islamtimes.org