0
Tuesday 8 September 2020 - 13:56

Səudiyyə rejimi Bəqi İmamlarının (ə) hərəmini dağıdan casusunun evini bərpa edir

Story Code : 885023
Səudiyyə rejimi Bəqi İmamlarının (ə) hərəmini dağıdan casusunun evini bərpa edir
Deyerler.org xəbər verir ki, Britaniyanın “Telegraph” qəzetinin yazdığına görə, Səudiyyə rejiminin “turistləri cəlb etmək” məqsədi ilə, ingilis casusu ərəbistanlı Lourensin evinin təmir edilməsinə qərar verib.

Ərəblər arasında ərəb Lourens olaraq bilinən Tomas Eduard Lourensin evi, Səudiyyə rejiminin qərbindəki Yanbu limanında, Qırmızı dənizin sahilindədir.

II Dünya müharibəsi vaxtı bu britaniyalı kəşfiyyat zabiti Hicaz və Ərəbistan yarımadasındakı ərəb qəbilələrini birləşdirə, ərəbləri Osmanlı türklərinə qarşı təhrik edə və Ərəbistan yarımadasını Osmanlılardan ayırmağı bacardı.

Ərəb Lourensin səyləri və hərəkətləri osmanlıların parçalanmasında və yarımadanın şimalında ərəb ölkələrinin yaranmasında və Fələstinin sionistlər tərəfindən işğal edilməsində mühüm rol oynadı.

Yanbu Bələdiyyə sədri Əhməd Əl-Mahtut belə bir açıqlama verib: “İngilis kəşfiyyat zabitinin evinin bu ilin sonuna qədər Qərb ölkələrindən gələn turistlərin ziyarət etməsinə hazır olması planlaşdırılır”.

Lourensin Səudiyyə rejimində olan evinin təmirinin ilk mərhələsinin başa çatdığını söyləyən Əl-Mahtut, evin tarixi bir dəyəri olduğunu və bir çox xarici turistin “İngilis kəşfiyyat zabiti”nin evini ziyarət etmək istədiklərini söyləyib.

Səudiyyə rejimində ingilis casusunun evinin təmir ediləcəyi ilə bağlı açıqlama, sosial şəbəkədə olan ərəb istifadəçilərinin mənfi reaksiyasına səbəb olub.

Ravza-i Mütəhhərənin (Peyğəmbərin (s) qəbri) sökülməsini müzakirə edən səudiyyəlilərin, Lourensin qaldığı evi bərpa etmələrinin, Lourensin xatirəsini Peyğəmbərin (s) xatirəsindən daha üstün tutduqlarını göstərdiklərini bildiriblər.

Təqribən 100 il əvvəl Bəqi qəbristanlığında Əhli-Beytin (ə) dörd İmamının (ə) məzarı üzərində tikilmiş türbə öz əzəməti ilə seçilirdi. Lakin 1926-cı ildə Mədinə şəhərini ələ keçirən Ali Səud sülaləsinin üzvləri bu şəhərdəki bütün müqəddəs ziyarətgahları yerlə-yeksan etdilər. Həmin ilin aprelində (hicri 1344-cü il şəvval ayının 8-i) Bəqi ərazisindəki müqəddəs türbələr dağıdıldı.