QR CodeQR Code

Sionist mediası: Nəsrullah İsrailə necə zərbə vuracağını yaxşı bilir!

IslamTimes , 8 Sep 2020 23:15

İslamTimes: İşğalçı İsrail ordusu hər gün Hizbullahın sionistlər tərəfindən şəhid edilən hərbçisinə görə intiqam alacağını gözləyir.


Sionist Yediot Ahronoth qəzeti İsrail ordusunun hələ də Hizbullah qorxusundan rahat gecələmədiyi haqda yazıb. Qəzet bildirib ki, işğalçı İsrail ordusu hər gün Hizbullahın sionistlər tərəfindən şəhid edilən hərbçisinə görə intiqam alacağını gözləyir.

Fələstinin Əl-Youm veb saytı xəbər verir ki, sionist yazar Alex Visman hesabatında İsrail ordusunun Seyid Həsən Nəsrullahın onlardan intiqam alacağına inandığını yazıb.

Qəzet yazıb ki, Seyid Həsən Nəsrullah sionistləri necə cəzalandıracağını yaxşı bilən bir mütəxəssisdir.

Yedioth Ahronoth bildirib ki, Seyid Həsən Nəsrullah özü də dəfələrlə qeyd edib ki, sionistlər tərəfindən şəhid edilən Hizbullah döyüşçüsünə görə intiqam alınacaq.

Bu yaxınlarda Livan sərhəddində sionistlərin bir robotdan istifadə etdiyini göstərən video yayımlanıb. Sionistlərin məqsədi Hizbullah qüvvələrinin robotu hədəfə alaraq, bir İsrail hərbçisini vurduqlarını zənn etmələri və bu səbəbdən intiqam alovunun sönməsi olub.

Qeyd edək ki, işğalçı İsrailin Suriyaya hava hücumu nəticəsində "Əli Kamel Möhsün" adlı Hizbullah döyüşçüsü şəhid olmuşdu. Onun şəhadətindən iki ay keçməsinə baxmayaraq, sionistlər hələ də hər an Hizbullahın qisas əməliyyatına başlayacağına görə qorxu keçirir.


Story Code: 885118

News Link :
https://www.islamtimes.org/az/news/885118/sionist-mediası-nəsrullah-israilə-necə-zərbə-vuracağını-yaxşı-bilir

Islam Times
  https://www.islamtimes.org