0
Wednesday 9 September 2020 - 00:00

Səudiyyə Ərəbistanından növbəti biabırçılıq

Story Code : 885119
Səudiyyə Ərəbistanından növbəti biabırçılıq
Türkiyədəki Səudiyə Ərəbistanı konsulluğunda inanılmaz vəhşiliklə qətlə yetirilən Camal Qaşıqçının məhkəmə "şou"su nəhayət ki, sona çatıb. Tanınmış jurnalistin qətli ilə bağlı 21 nəfər mühakimə edilsə də daha sonra bu şəxslərdən bir neçəsi günahsız elan edilib. BMT və hüquq təşkilatları Səudiyyə rejiminin təşkil etdiyi məhkəmə prosesini sərt şəkildə tənqid edərək, jurnalistin ölümünə görə məsuliyyət daşıyan əsas şəxslərin mühakimə olunmadığını bildirib. 

Qətlin əsas sifarişçisi olan hazırkı vəliəhd Məhəmməd bin Salmanı kimsənin mühakimə etməyə cürəti çatmır.

Araşdırmalardan sonra Məhəmməd bin Salmanın baş müşaviri olmuş  Səud Əl Qəhtaninin mühakimə edilməməsi bütün dünyaya Ali Səud rejiminin nə qədər cinayətkar olduğunu bir daha nümayiş etdirdi. 

Cinayətin törədildiyi İstanbulda baş konsul olmuş Məhəmməd əl Uteybinin də həbs edilməməsi başqa bir utancverici hadisədir.

Ərəbistan məhkəməsi sonda bu cinayətə görə 8 nəfərin həbs edildidiyini bildirib, amma onların kimliyini açıqlamayıb!
Source : IslamTimes