0
Wednesday 9 September 2020 - 09:06

Küveyt İsrail rejiminin təyyarələrinə icazə vermədi

Story Code : 885160
Küveyt İsrail rejiminin təyyarələrinə icazə vermədi
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, İsrail rejimi ilə BƏƏ arasındakı razılaşmadan sonra iki ölkə arasında ticarət uçuşları başlayıb.

Quds Press-in verdiyi xəbərə görə, Küveyt rəhbərliyi BƏƏ-yə gedən İsrail rejiminin sərnişin təyyarəsinin ölkənin hava məkanından istifadə etməsinə icazə verməyib.

Küveytdə nəşr olunan Əl-Qabas qəzetinə danışan hökumət mənbələri, təyyarənin başqa bir ölkənin hava məkanından istifadə etdiyi barədə məlumat paylaşıb və təyin olunan marşrutun Küveytdən çox uzaq olduğunu qeyd edib.

Digər tərəfdən, qəzet Küveytin İsrail rejiminin təyyarəsinə hava məkanını açması ilə bağlı mətbuatda səsləndirilən iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

Əl-Qabas qəzeti bu həftənin əvvəlində Küveytin İsrail rejimi ilə münasibətləri normallaşdıran sonuncu ölkə olacağını yazmışdı.