QR CodeQR Code

Trampa Nobel verilir?

IslamTimes , 9 Sep 2020 14:34

İslamTimes: Tətbiq etdiyi sanksiyalarla əksər dünya ölkələrinə müharibə elan edən ABŞ Prezidenti Donald Tramp Nobel Sülh mükafatına təqdim edilib.


ABŞ mediasının verdiyi xəbərə görə adı daim qalmaqallı məsələlərlə gündəmə gələn ABŞ prezidenti Donald Trampa Nobel mükafatı verilə bilər. Əksər dünya ölkələrinə tətbiq etdiyi iqtisadi sanksiyalarla dünya əhalisinin yaşayış səviyyəsini minimuma endirən Trampa qarşı bu jestin sifarişlə edilə biləcəyi söylənilir. Sionistlərin ərəb dövlətləri ilə münasibətlərini normallaşdırmağa çalışan Trampa bu mükafat sionist lobbisinin bir jesti ola bilər. 

ABŞ KİV-ində də yer alan xəbərlərdə mükafatın Birləşmiş Ərəb Əmirliyi ilə işğalçı İsrail arasında münasibətləri normallaşdırdığına görə Trampa verilməsinin nəzərdə tutulduğu bildirilir. Əli Yəmən və Fələstin xalqlarının qanına bulaşmış bu iki rejimi bir-birinə yaxınlaşdırmaq dünyada sülh üçün nə töhfə verə bilər?!


Story Code: 885229

News Link :
https://www.islamtimes.org/az/news/885229/trampa-nobel-verilir

Islam Times
  https://www.islamtimes.org