QR CodeQR Code

İranın Xarici İşlər Naziri Avropaya səfər edəcək

9 Sep 2020 19:43

İslamTimes: İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif gələn həftə Avropa ölkələrinə səfər edəcək.


APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə “Fars” Xəbər Agentliyi diplomatik mənbələrə istinadən məlumat verib.

Məlumata görə, İran XİN başçısı Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və İspaniyaya səfər edəcək.

Hazırda hazırlıq işləri görülür.

Xəbərdə səfərin məqsədləri haqqında məlumat verilməyib.

 


Story Code: 885294

News Link :
https://www.islamtimes.org/az/news/885294/iranın-xarici-işlər-naziri-avropaya-səfər-edəcək

Islam Times
  https://www.islamtimes.org