0
Wednesday 9 September 2020 - 22:00

Ərəb Liqası Fələstinə dəstək olmaqdan imtina etdi

Story Code : 885315
Ərəb Liqası Fələstinə dəstək olmaqdan imtina etdi
"Times of Israel" qəzeti yazıb ki, Fələstin Sionist rejim ilə BƏƏ arasındakı münasibətlərin normallaşdırılması razılaşmasını məhkum etməsi üçün 
Ərəb Dövlətləri Liqasına müraciət edib. Amma bu birlik Fələstinin istəyinə mənfi cavab verib.

Ərəb Dövlətləri Liqasının bəyanatında deyilir: "Üç saatlıq müzakirədən sonra bəzi ərəb ölkələri İsrail-BƏƏ münasibətlərinin normallaşmasını pisləyən bəyanat verilməsinə qarşı çıxdılar."

Birlik BƏƏ-nin Ərəb Liqasının sionist rejimlə normal münasibətləri qadağan edən qətnaməsinə məhəl qoymamasına görə belə BƏƏ-yə qarşı fikir səsləndirməyib.

Ərəb Liqasının yüksək səviyyəli rəsmisi Hesam Zəki son açıqlamasında deyib: "Ərəb Liqasının çərşənbə günü keçirilən iclası Fələstin məsələsi ilə bağlı razılaşma əldə edilmədən sona çatdı. BƏƏ ilə İsrail arasındakı münasibətlərin normallaşdırılmasına dair müzakirə ciddi və hərtərəfli idi, lakin Fələstinin təklif etdiyi qətnamə ilə bağlı razılıq əldə edilmədi." 

Fələstinin bəyanatındakı bəzi bəndlər ərəb liderlərin məsləhətləşmələrindən sonra mətndən çıxarıldı. Amma bu Fələstin nümayəndə heyətinin narahat olmasına və nəticədə yarımçıq bəyanatı açıqlamaq istəmədiyini bildirməsinə səbəb oldu.
Source : IslamTimes