0
Thursday 10 September 2020 - 11:31

Bayden: Tramp korona ilə bağlı bunu gizlətdi

Story Code : 885417
Bayden: Tramp korona ilə bağlı bunu gizlətdi
Axar.az xəbər verir ki, bu sözləri ABŞ prezidentliyinə namizəd Co Bayden deyib.

“O, (Tramp) bilirdi. Uzun aylar ərzində hamımıza yalan dedi. Ölümcül xəstəliyin ölkəmizdə hər şeyi silib-süpürdüyü zamanda o, qəsdən öhdəliklərini icra etmədi. Bu, amerikalılara qarşı xəyanət idi”, - deyə Bayden bildirib.

Qeyd edək ki, ABŞ jurnalisti Bob Vudvord yeni kitabında Trampın COVİD-19 virusu ilə bağlı təhlükələri öncədən bildiyini, lakin ictimaiyyətə məlumat vermədiyini bəyan etmişdi. Ağ Ev isə bu iddiaları təkzib etmişdi.