QR CodeQR Code

Haşd-Şabi İraq-Suriya sərhədində hərbi əməliyyata başlayıb

10 Sep 2020 12:09

İslamTimes: İraq Silahlı Qüvvələrinin tərkib hissəsi olan Haşd-Şabi (Xalq Səfərbər Qüvvələri) ölkənin Suriya ilə sərhədində hərbi əməliyyata başlayıb.


SalamNews əl-Aləmə istinadla xəbər verir ki, bu barədə Haşd-Şabinin əl-Ənbar Əməliyyatları komandanı Qasim Muslih açıqlama verib.

Bildirilib ki, Suriya-İraq sərhədində İŞİD silahlılarının yeni hərəkət istiqamətləri ilə bağlı kəşfiyyat məlumatlarının daxil olmasından sonra əl-Ənbar əyalətinin qərbində hərbi əməliyyata start verilib.

Qeyd edək ki, bölgə 2018-ci ilin əvvəli İŞİD-dən təmizlənib. Lakin terror təşkilatının üzvləri gizli sığınacaqlarından çıxaraq və ya Suriyada kürd bölmələrinin nəzarətindəki ərazilərdən İraqa keçərək ara-sıra terror hücumlarını həyata keçirməyə cəhd edirlər.


Story Code: 885426

News Link :
https://www.islamtimes.org/az/news/885426/haşd-şabi-iraq-suriya-sərhədində-hərbi-əməliyyata-başlayıb

Islam Times
  https://www.islamtimes.org