0
Thursday 10 September 2020 - 13:38

Yəmən qüvvələri Səudiyyə işğalçılarını şok etdi

Story Code : 885433
Yəmən qüvvələri Səudiyyə işğalçılarını şok etdi
"Əl-Xəbər Əl-Yəməniyə" informasiya agentliyinin verdiyi məlumata görə, Yəmən ordu qüvvələri və xalq komitələri uğurlu bir əməliyyatla Səudiyyə koalisiyasının Nəcrandakı bazalarını hədəf alıblar.

Əməliyyatda Yəmən ordusunun mühəndis-istehkam bölmələri Səudiyyə koalisiyasının üç zirehli maşınını məhv edib və bir çox təcavüzkar hərbçini zərərsizləşdirib.

Son bir neçə gündə Yəmən ordusu pilotsuz təyyarələrinin köməyi ilə Səudiyyə Ərəbistanındakı Abha Beynəlxalq Hava Limanını hədəf alaraq Yəməndəki təcavüzkarlara böyük şok yaşadıblar.
Source : IslamTimes