QR CodeQR Code

"Tramp Putindən qorxur!"

IslamTimes , 10 Sep 2020 14:46

İslamTimes: Con Kerri: ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putindən qorxur.


ABŞ-ın sabiq dövlət katibi Con Kerri MSNBC televiziya şəbəkəsinə verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putindən qorxur.

Aparıcı müsahibədə deyib: "Tramp rusiyalı müxalifətçi Aleksey Navalnının zəhərlənməsi ilə bağlı danışacaq bir sözü olmadığını dedi. Həmçinin daha əvvəl də işarə ediliyi kimi, cənab prezident ABŞ hərbçilərinin Rusiya hərbçiləri tərəfindən hədəf alındığı ilə bağlı da fikir bildirməmişdi. Prezident niyə susur?"

Con Kerri cavab olaraq deyib: "ABŞ prezidentinin bu məsələlərlə bağlı susması hər hansı səbəbə görə olsa da, ABŞ prezidentinin Helsinkidə rus həmkarı ilə davranışından sonra açıq-aydın görünür ki, ABŞ prezidenti rusiyalı həmkarı tərəfindən qorxudulur. Trampın ABŞ kəşfiyyat idarəsinin məlumatlarını və hesabatlarını bir kənara qoyaraq bu şəkildə davranması onun qorxuduğunu söyləməmizə əsas verir." 


Story Code: 885448

News Link :
https://www.islamtimes.org/az/news/885448/tramp-putindən-qorxur

Islam Times
  https://www.islamtimes.org