QR CodeQR Code

AB-dən Londona şok: Bu tarixədək geri çəkilməsən...

12 Sep 2020 00:43

İslamTimes: Avropa Birliyi (AB) Böyük Britaniyanın üzvlükdən çıxma şərtləri əks olunan müqavilədə etmək istədiyi dəyişiklikləri geri götürməsi üçün sentyabr ayının sonunadək vaxt verib.


Axar.az xəbər verir ki, Britaniya hökuməti bu həftə AB ilə yanvarda imzalanan razılaşmanın bəndlərini dəyişdirən yeni qanun layihəsini irəli sürüb. AB bunun münasibətlərə ciddi ziyan vurduğunu və Britaniyaya qarşı zəruri qanuni addımlar atmaqdan çəkinməyəcəyini açıqlayıb. Avropa Birliyi Britaniyaya dəyişikliklərdən imtina etməzsə, ticarət danışıqlarının təhlükə altında qalacağı barədə xəbərdarlıq da edib.

Nazirlər Kabinetinin üzvü Maykl Qov qanun layihəsini geri götürməyəcəklərini söyləyib.


Story Code: 885712

News Link :
https://www.islamtimes.org/az/news/885712/ab-dən-londona-şok-bu-tarixədək-geri-çəkilməsən

Islam Times
  https://www.islamtimes.org