QR CodeQR Code

BMT Səudiyyə Ərəbistanını və Birləşmiş Ərəb Əmirliklərini ittiham etdi

12 Sep 2020 01:27

İslamTimes: Birləşmiş Millətlər Təşkilatı Birləşmiş Ərəb Əmirliklərinin və Səudiyyə Ərəbistanının Yəməndə törətdiyi cinayətlər barəsində açıqlama yayıb.


Açıqlamada vurğulanıb ki, bu cinayətlərlə bağlı BMT-nin əlində təkzib olunmaz sübutlar var. "Hər iki ölkəyə aid döyüş təyyarələri Yəməndə insan haqlarını pozan addımlar atıblar. Sübutlar danılmazdır və reallıqdır", - deyə açıqlamada diqqətə çatdırılıb.

Qeyd olunub ki, sözügedən sübutlar BMT İnsan Haqları Şurasının 29 sentyabr tarixində 46-cı iclasda təqdim olunacaq. /Eastnews/


Story Code: 885716

News Link :
https://www.islamtimes.org/az/news/885716/bmt-səudiyyə-ərəbistanını-və-birləşmiş-ərəb-əmirliklərini-ittiham-etdi

Islam Times
  https://www.islamtimes.org