Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, ordunun sosial şəbəkə səhifəsindən verilən açıqlamada, İsrail rejiminə aid bir PUA-nın cənubdakı Nəbatiyə şəhərindəki Ayta Əş-Şab qəsəbəsinin səmalarında uçduğu qeyd edilib.
Açıqlamada, Livan hava məkanını təxminən 200 metr pozan PUA-nın hərbi hissələr tərəfindən vurulduğu qeyd edilib.
İsrail rejiminin ordusu da, Livanın cənubunda PUA-sının vurulduğunu təsdiqlədiyini bildirən açıqlamasında, PUA-nın “qəzaya düşdüyünü” və məlumatlarının ələ keçirilməsi ilə bağlı heç bir narahatlığın olmadığını söyləyib.
İsrail rejiminin PUA-ları, döyüş təyyarələri və döyüş gəmiləri Livan sərhədlərini tez-tez pozur. Livan səlahiyyətliləri hər fürsətdə bu pozuntuları BMT-yə şikayət edirlər.
Livanın baş naziri Həsən Diyab iyun ayında İsrail rejiminin 2019-cu ildə və bu ilin ilk 5 ayında ölkəsinə qarşı etdiyi qanun pozuntuları ilə əlaqədar bunları demişdi: “İsrail rejiminin 2019-cu ildə Livanın suverenliyinə qarşı pozmalarının sayı 178 quru sərhədləri, 739 dəniz sərhədləri və 1373 hava məkanı da daxil olmaqla ümumilikdə 2290 olaraq qeydə alınıb. Bu ilin ilk 5 ayında isə 374 dəfə quru sərhədində, 386 dəfə dəniz sərhədində və 250 dəfə hava məkanında pozuntu qeydə alınıb”.